Fransa uduzdu - Xorvatiya yığmamıza rəqib olmağa yaxındır

21 Mart 01:50 Dünya çempionatı 423
Fransa uduzdu - Xorvatiya yığmamıza rəqib olmağa yaxındır

Bu gün UEFA Millətlər Liqasında 1/4 finalın ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri üz-üzə gəlib.

1/4 finalın Xorvatiya - Fransa matçı Azərbaycan azarkeşləri üçün də maraqlı olub. Çünki hər iki komanda hazırda Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində potensial rəqibidir.

Məhz bu cütün qalibi Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olacaq.

Xorvatiiya və Fransa arasındakı ilk görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyun Xorvatiyanın Split şəhərində təşkil olunub.

Bu gün həmçinin Portuqaliya Danimarkaya, Almaniya İtaliyaya uduzub. İspaniya isə Niderlandla heç-heçə edib.

20 mart

Niderland - İspaniya 2:2

Qollar: Qakpo, 28, Reynders, 46 - Uilliams, 9, Merino, 90+3

Qırmızı vərəqə: Hato, 82 (Niderland)

Xorvatiya - Fransa 2:0

Qollar: Budimir, 26, Perişiç, 45+1

Danimarka - Portuqaliya 1:0

Qol: Hoylund, 78

İtaliya - Almaniya 1:2

Qollar: Tonali, 9 - Kleyndienst, 49, Qoretzka, 76

Millətlər Liqasının 1/4 finalının cavab görüşləri martın 23-ü keçiriləcək. Qalib iyunda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.

Yarımfinal və final bir oyundan ibarət olacaq.

Final mərhələsini İtaliya - Almaniya cütünün qalibi olan ölkə qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi