Dünya çempionatı Bakıda: Hər kəsin gözü burada olacaq - MARAQLI VİDEOSÜJET

18 Mart 14:40 Dünya çempionatı 225
Dünya çempionatı Bakıda: Hər kəsin gözü burada olacaq - MARAQLI VİDEOSÜJET

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib.

Belə böyük miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil.

Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, nüfuzun, beynəlxalq çəkinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi reputasiyanın ifadəsidir.

Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib.

Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışın - minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır.

May ayının 21-dən iyun ayının 1-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialda dünyanın ən güclü 32 komandası mübarizə aparacaq.

Bu günlərdə DÇ-nin püşkatma mərasimi keçirilib.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov isə dünya çempionatının ölkəmizə həvalə edilməsinə görə dünya minifutbol federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.

O, minifutbol üzrə yığma komandamızın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını söyləyib.

Orxan Məmmədov Prezident İlham Əliyevin Avropa çempionatından sonra millimizin üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında ciddi rol oynadığını açıqlayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi
March
2025
SunMonTueWedThuFriSat