
FİFA prezidenti Canni İnfantino bildirib ki, ABŞ prezidenti Donald Tramp görüş zamanı ondan Rusiya millisinin 2026-cı il dünya çempionatında iştirakına icazə verməyi nəzərdən keçirməyi xahiş etməyib.
Sportinfo.az xəbər verir ki, “The Guardian”-a açıqlama verən qurum rəhbəri bunu deyib:
“Xeyr, bu barədə mənə sual verilməyib. Düşünürəm ki, sülh danışıqları gedəndə futboldan daha vacib mövzular var. Amma biz istəyirik ki, bütün ölkələr oynasın”.
2022-ci ilin fevralında FİFA və UEFA Rusiyanın bütün komandalarının növbəti bildirişə qədər bu təşkilatların himayəsi altında keçirilən turnirlərdə iştirakını dayandırmaq qərarına gəlib.
Buna Rusiyanın Ukraynaya işğlaçı hücumları səbəb olub.