COP29

"Başa düşürəm ki, mən hələ də orta səviyyədən yuxarıyam"

9 Sentyabr 18:20 Dünya çempionatı 254
"Başa düşürəm ki, mən hələ də orta səviyyədən yuxarıyam"

“Liverpul”un və Niderland millisinin müdafiəçisi Vircil van Deyk 2026-cı il dünya çempionatında oynamaq istədiyini açıqlayıb.

Sportinfo.az “The Sun”a istinadən xəbər verir ki, təcrübəli futbolçu məhz həmin turnirdən sonra millidəki karyerasını başa vura bilər:

"Bəli, daha bir dünya çempionatında oynamaq istəyirəm. Başa düşürəm ki, mən hələ də orta səviyyədən yuxarıyam.

“Liverpul”un kapitanıyam, komanda üçün önəmli futbolçuyam və fiziki hazırlıq baxımından özümü əla hiss edirəm".

33 yaşlı futbolçu 2015-ci ildən Niderland millisinin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir
22 Noyabr 00:00 Üzr VİDEOsu yayıldı
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi