Gürcüstan və Ermənistan 2029-cu ildə FİFA U-20 dünya çempionatına ev sahibliyi edə bilər.
Sportinfo.az xəbər verir ki, Gürcüstan və Ermənistan futbol federasiyalarının prezidentləri Levan Kobiaşvili və Armen Melikbekyan İrəvanda keçirilən mətbuat konfransında əməkdaşlıq memorandumu imzalayıblar.
Bununla bağlı hər iki ölkənin futbol federasiyaları FİFA-ya müraciət edəcək.