COP29

Orxan Məmmədov: "Böyük turnilər üçün hazırıq"

22 May 11:20 Dünya çempionatı 379
Orxan Məmmədov: "Böyük turnilər üçün hazırıq"

Xəbər verdiyimiz kimi 2025-ci ildə minifutbol üzrə dünya çempionatı Azərbaycanda təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov ölkəmizdə idmanın bu növünün sevildiyini bildirib:

"Bu gün Azərbaycan minifutbol tarixində yeni səhifə açıq elan edirik. Böyük turnirlərin keçirilməsi gözəl paytaxtımız üçün yenilik deyil.

Amma bizim gənc federasiyamız üçün vacibdir. Qısa olaraq tarixə və keçdiyimiz yola nəzər salsaq, görərik ki, 17 il öncə minifutbol həvəskarları üçün paytaxtda futbol meydançaları qurmağa başladıq.

Xüsusən də sahibkarlar buna maraq göstərir. Artıq 17 il keçib və bu gün ancaq Bakıda 40-a yaxın minifutbol meydançası fəaliyyət göstərir.

Həmin stadionlar 150 mindən çox idmançıya xidmət göstərilir. Bu gün minifutbol tanınmış və sevilən idman növünə çevrilib.

Bu illərdə yol qət edərək, minifutbolu sevdirməyi bacarmışıq. Həvəskar futbola peşəkar yanaşma var.

Artıq zaman keçdikcə görürük ki, bu məsələyə daha peşəkar yanaşmaq lazımdır. 2017-ci ildə federasiya təsis edildi.

Gənc federasiya idik və o zaman xüsusi dəstəyə ehtiyacımız var idi. Öz dövlətimizə müraciət edərək, bu dəstəyi almışdıq.

Gənclər və İdman nazilriyinə təşəkkür edirəm. Hələ 2017-ci ildə biz təsis olunanda mərhum Azad Rəhimova müraciət etmişdik və bizə dəstək göstərdi.

Bu gün də gənc nazirimiz Fərid bəy hər birimizə dəstəkdir. Ona xüsusi təşəkkür bildirirəm. AFFA-ya da təşəkkür edirik ki, bizləri yaddan çıxarmır.

Bu gün federasiyamız uğurlu şəkildə minifutbol üzrə Azərbaycan çempionatını da təşkil edir, xüsusi peşəkarlıqla təşkil edilir.

Komandalarımız beynəlxalq turnirlərdə də iştirak edir. Ən böyük nailiyyətimiz 2022-ci ildə Avropa çempionu olmağımızdır.

Həmin çempionatda millimiz tarixində ən böyük nəticəni əldə etmişdi. Dünya çempionatında da 4-cü yeri tutduq.

Bu nəticələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və minifutbola dəstək olub. Ölkə rəhbəri tərəfindən hər idmana olduğu kimi, minifutbola da dəstək var.

Cənab prezident İlham Əliyev bizi Avropa çempionatından sonra qəbul etdi. Maliyyə dəstəyi göstərdi.

Federasiyamız qlobal şəkildə minifutbolunun populyarlığına çalışır. Öz təcrübəmizi də dünya federasiyaları ilə bölüşməyə hazırıq.

Bu məqsədlə 2025-ci il dünya çempionatının Bakıda keçirilməsi üçün dünya federasiyasına müraciət etmişik. Dünya Minifutbol Federasiyası və xüsusilə, hörmətli prezidenti Filip Juda ilə münasibətimiz yaxşıdır.

O, dəfələrlə Azərbaycanda olub, turnirlərimizdə iştirak edib. Hətta başqa turnirlərdə də onu ölkəmizə dəvət etmişdik.

Onlar özləri öz gözləri ilə Azərbaycanın inkişafını, ölkəmizin tədbirləri necə yüksək səviyyədə keçirdiyini gördülər. Beynəlxalq tələblərə cavab verən arenalarımız var.

Əminik ki, böyük turnilər üçün federasiya kimi hazırıq. Federasiyamız DMF tərəfindən ölkəmizə gösətrilən dəstəyə görə təşəkkür edir.

Əminik ki, iş birliyimiz uzun müddət davam edəcək, federasiya olaraq yeni uğurlar əldə edəcəyik. Hər birinizə təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir
22 Noyabr 00:00 Üzr VİDEOsu yayıldı
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi