Klublararası dünya çempionatında ilk finalçı bəlli olub.
Sportinfo.az xəbər verir ki, “Fluminense” “Əl-Əhli” ilə qarşılaşıb.
Misir klubu inamlı görünsə də, Braziliya təmsilçisi rəqibini məğlub etməyi bacarıb.
Bu gün ikinci finalçının adına aydınlıq gətiriləcək. “Mançester Siti” Yaponiyanın “Urava Red Diamonds” klubu ilə üz-üzə gələcək.
Qarşılaşmalar Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.
"Fluminense" (Braziliya) - "Əl-Əhli" (Misir) - 2:0 (0:0)
Qollar: Aryas, 71 (p), Kennedi 90 (2:0)