İndoneziyada təşkil edilən FIFA U-17 dünya kubokunun final oyununda Almaniya ilə Fransa komandaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında almanlar rəqibindən güclü olublar - 4:3.
Çempionatın bürünc mükafatçısı Mali komandası olub.
Üçüncü yer uğrunda görüşdə malililər Argentina yığmasını məğlub ediblər (3:0).