20 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Argentinada təşkil olunan yarışın finalında Uruqvay və İtaliya üz-üzə gəlib.
Uruqvay 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub. Matçdakı yeganə qolu 86-cı dəqiqədə Lusiano Rodriges vurub.
Üçüncü yer uğrunda görüşdə isə İsrail və Cənubi Koreya komandaları qarşılaşıblar. 3:1 hesabı ilə qalib gələn İsrail bürünc medalları qazanıb.