Argentina millisinin sabiq hücumçusu Serxio Aquero “İnter Mayami”yə keçən həmyerlisi Lionel Messi haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, Messinin DÇ-2026-da iştirak edəcəyini istisna etməyib:
“Fiziki cəhətdən özünə çox diqqət yetirən Messini yaxından tanıdığım üçün bu ehtimalı istisna etmək olmaz.
Düzü, o, həmin turnirdə DÇ-2022-də olduğu kimi olmaya bilər. Lakin bütün hallarda, o, Messidir. Lionel cərimə zərbəsindən qollar vura bilir”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.
Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.