Argentinalı hücumçu Lautaro Martines DÇ-2022 ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, zədəli olsa da, Qətərə getmək üçün çox çalışdığını deyib:
“Mənim gözlədiyim dünya çempionatı belə deyildi. Biləyimlə bağlı problemlərim var idi. Lakin komanda ilə Qətərə getmək üçün çox şey etdim. Son qələbəmiz mənə və ailəmə böyük zövq verdi”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.
Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.