FİFA sosial şəbəkələrdən Argentina millisinin hücumçusu Lionel Messini futbol tarixinin ən böyük oyunçusu adlandırılan paylaşımı silib.
Sportinfo.az xəbər verir ki, Kriştiano Ronaldonun fanatları yazının altına mənfi şərhlər yazdığı üçün qurum bu addımı atıb.
“Tarixin ən böyük oyunçusu haqqında mübahisə bitdi. Dünya Kubokunun ən yaxşı oyunçusunun mükafatı onun kolleksiyasını tamamladı. Böyüklük tamamlandı" - deyə paylaşımda qeyd olunmuşdu.
Argentina finalda Fransaya penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Messi turnirin ən yaxşı oyunçusu seçilib.