DÇ-2022-nin mükafat fondu məlum olub.
Sportinfo.az xəbər verir ki, FİFA 440 milyon dollar ayırıb ki, bu, 4 il əvvəl Rusiyada keçirilən turnirin mükafat fondundan 40 milyon dollar çoxdur.
Dünya çempionatının qalibi olan Argentina yığması 42 milyon dollar qazanıb. Gümüş mükafatçı Fransa yığması 30, bürünc mükafatçı Xorvatiya isə 27 milyon dollara sahib çıxıb.
Dördüncü pillədə qərarlaşan, çempionatın sensasiyasına çevrilən mərakeşlilər 25 milyon dollar əldə ediblər.
Turnirin 1/4 finalçılarının hər biri 17 milyon, 1/8 finala yüksələn komandaların hər biri 13 milyon dollar mükafat əldə edib. Qrup mərhələsində iştirak edən digər iştirakçılar isə doqquz milyon dollar qazanıblar.
Qətərdə keçirilən DÇ-2022-nin qalibi Argentina millisi olub. Fransızlar ikinci, Xorvatiya 3-cü yeri tutub. Mərakeş isə mundialı 4-cü sırada baş vurub.