“Qalatasaray”ın keçmiş baş məşqçisi Fatih Terim DÇ-2022 ilə bağlı təəssüratlarını bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, dünya çempionatı zamanı Qətərdə olduğunu bildirib:
“Çempionatın təşkilini çox bəyəndim. Mən də Qətərdə idim. Ən yaxşı oyunçu tituluna gəldikdə, mən bunu həmişə demişəm: Lionel Messi birinci, Lionel Messi ikinci, Lionel Messi üçüncüdür. Düşünürəm ki, indi bütün dünya bunu başa düşür”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.
Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.