COP29

Burada heç bir əcnəbi baş məşqçiyə "çörək yoxdur"

23 Dekabr 2022 03:50 Dünya çempionatı 510
Burada heç bir əcnəbi baş məşqçiyə "çörək yoxdur"

Dünya kubokunda əcnəbi baş məşqçinin rəhbərlik etdiyi milli komanda qalib adını qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, Lionel Skaloninin rəhbərliyi ilə çempion olan Argentina da bu ənənəni davam etdirib.

Sayca 22-ci dəfə keçirilən mundiallar tarixində çempionluq sevincini yaşayan 8 ölkənin hər biri məhz yerli mütəxəssislə bu titula yiyələnib.

Kuboku iki dəfə qazanan baş məşqçi isə 1934 və 1938-ci illərdə İtaliyaya bu sevinci yaşadan Vittorio Pozzodur.

Digər Xəbərlər
Xəbər Lenti