Mərakeş millisinin futbolçuları DÇ-2022-də qazandıqları bütün pul mükafatlarını xeyriyyə məqsədi ilə xərcləyəcəklər.
Sportinfo.az xəbrə verir ki, onlar mükafatı öz ölkələrindəki yoxsul ailələrə yardım etmək üçün göndərmək qərarına gəliblər.
Mərakeşlilər dünya çempionatında yarımfinalda Fransaya 0:2, üçüncü yer uğrunda görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub. Mərakeş millisi çıxışına görə təxminən 25 milyon dollar qazanıb.
Mərakeşlilər dünya çempionatı tarixində turnirin yarımfinalına yüksəlməyi bacaran ilk Afrika komandası olub.