COP29

"Oyunçularıma yazığım gəlir"

20 Dekabr 2022 21:00 Dünya çempionatı 382
"Oyunçularıma yazığım gəlir"

Argentina millisi DÇ-2022-nin finalında Fransanı məğlub edərək, dünya çempionu olub.

Sportinfo.az xəbər verir ki, həmin matçdan sonra “Barselona”nın baş məşqçisi Xavi Argentina millisinin hücumçusu Lionel Messini təbrik edib:

“Bu, azarkeşlər üçün inanılmaz bir matç idi. Həyatımda gördüyüm ən yaxşı oyunlardan biri hesab edirəm.

Düşünürəm ki, Argentina daha güclü və qələbəyə layiq oynadı. Oyunçularım – Osman Dembele və Jül Kundeyə yazığım gəlir.

Dünya çempionatını qazanan Lionel Messini təbrik etməliyəm. Bu, onun karyerasında çatışmayan yeganə titul idi. Leo tarixin ən yaxşı futbolçusu və mənim dostumdur”.

Xavi və Messi 2003-2015-ci illərdə “Barselona”da birgə çıxış ediblər.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti