“Qalatasaray”ın futbolçusu Mauro İkardi sosial şəbəkə hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, o, Argentina millisini və Lionel Messini dünya çempionu olması münasibətilə təbrik edib:
“Təbrik edirəm, Leo! Bu kuboka səndən artıq heç kim layiq deyil. Onun üçün uzun müddət mübarizə apardız və mükafata sahib çıxdız.
Bu gözəl komandanın bir hissəsi olan hər kəsi təbrik edirəm. Məmnunam ki, mən də Argentina millisinin bir parçası olmuşam və gözəl anlar yaşamışam. İrəli, Argentina!”
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.
Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.