Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) DÇ-2022-də çempion olan Argentina millisinə ödədiyi mükafatın məbləği bilinib.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun prezidenti Alexandro Dominges rəsmi “tvitter” hesabında paylaşım edib.
Argentina millisi final oyunundan sonra paltardəyişmə otağında 10 milyon dollar alıb.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.
Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.