Lionel Messi dünya çempionatları tarixinə düşüb.
Sportinfo.az xəbər verir ki, Messi 1/8 finalda, 1/4 finalda, yarımfinalda və finalda – bütün pley-off oyunlarında qol vuran ilk oyunçu olub.
Leo ayrıca fransız Jüst Fonten (1958), italiyalı Salvatore Skillaçi (1990) və braziliyalı Ronaldodan (2002) sonra eyni mundialda 6 qol vuran 4-cü futbolçu kimi tarixə düşüb.
Yalnız 1958-də isveçli Nils Lidholm (35 yaş 264 gün) bugünkü Messidən (35 yaş 177 gün) daha qoca ikən mundial finalında qol vurub.
Superulduz ayrıca dünya çempionatlarında 20 qolda (12 qol, 8 məhsuldar ötürmə) birbaşa iştirak etməklə rekordçuya çevrilib.
Mundiallarda qol sayında Peleyə çatan (12) Messi penaltidən ən çox fərqlənən oyunçu olub.