Argentina Qətərdə keçirilən dünya çempionatının qızıl medallarını qazanıb.
Sportinfo.az xəbər verir ki, qalib 35 milyon funt-sterlinq əldə edəcək.
Bu isə Azərbaycan ekvivalenti ilə 72 256 800 manat deməkdir.
Hazırkı məbləğ dörd il əvvəlki məbləğdən 5,6 milyon funt-sterlinq artıqdır.
Ümumilikdə FİFA turnirdə 32 ölkə üçün 362 milyon funt-sterlinq ayırıb.