Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, finalda son çempion Fransa ilə Argentina üz-üzə gəlib.
"Lusail" stadionunda keçirilən və polşalı referi Şimon Marçinyakın idarə etdiyi oyun dramatik məcrada keçib. Əsas vaxtı 3:3 hesablı bərabərliklə başa çatan oyun penaltilər seriyasına qədər uzanıb.
Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu adının qazanıb.
Bundan sonra meydanda maraqlı anlar yaşanıb. Lionel Messi və komanda yoldaşları tarixi zəfəri qeyd etdiyi bu anlarda Kilian Mbappe göz yaşlarını saxlaya bilməyib.