COP29

Argentina Dünya Çempionu oldu! - YENİLƏNİB

18 Dekabr 2022 21:54 Dünya çempionatı 992
Argentina Dünya Çempionu oldu! - YENİLƏNİB

Qətərdə təşkil olunan dünya çempionatı dekabrın 18-də final oyunu ilə başa çatacaq.

Sportinfo.az xəbər verir ki, DÇ-2022-nin həlledici matçında Argentina və Fransa yığmaları üz-üzə gələcək.

“Lusail” stadionunda keçiriləcək matçı polşalı referi Şimon Marçinyak idarə edəcək. Oyun saat 19:00-da başlayacaq.

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. Onlar DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.

Argentina millisi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. Argentinalılar 1978 və 1986-cı illərdə mundialın qalibi olub.

Argentina və Fransa daha əvvəl mundiallarda üç dəfə bir-birilərinə rəqib olub. Bunların ikisində Cənubi Amerika təmsilçisi, birində "xoruzlar" qələbə qazanıb.

Tərəflər ümumilikdə 12 dəfə görüşüblər. Altısında "tanqoçular", üçündə fransızlar qalib gəliblər. Üç qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Altıncı dəfə final matçında iştirak edəcək Argentina seçməsinin iki çempionluğu (1978, 1986) var. Cənubi Amerikalılar məğlub olacaqları təqdirdə, dördüncü gümüş medalını əldə edəcək və bu göstəricidə Almaniyaya çatacaq.

Avropa təmsilçisi tarixində dördüncü (1998, 2006, 2018) dəfə final görüşündə mübarizə aparacaq. İkiqat dünya çempionları 1998-ci ildən sonra həlledici matça ən çox qatılan yığmadır.

Ötən turnirin qalibi olan Fransa ardıcıl ikinci cəhdində qızıl medala sahib çıxsa, bunu bacaran üçüncü (İtaliya: 1934-1938, Braziliya: 1958-1962) komanda olacaq.

Bu günədək mundialların finalında Cənubi Amerika və Avropa milliləri 10 dəfə qarşılaşıblar. Bunların 7-də amerikalılar, 3-də köhnə qitə komandaları sevinən tərəf olublar.

Üç məğlubiyyətin də məhz ikisi Argentina yığmasına (1990, 2014: hər ikisi Almaniya) məxsusdur. Avropalıların əldə etdiyi digər qələbə (1998: Braziliya) isə Fransa kollektivinə aiddir.

Argentinalı ulduz futbolçu Lionel Messi bu oyunda meydana çıxmaqla dünya çempionatlarının tarixinə düşəcək. 35 yaşlı hücumçu turnirdə 26-cı qarşılaşmasını keçirəcək və bu göstəricidə almaniyalı Lotar Matteusu (25 matç) geridə qoyacaq.

Fransa yığmasının baş məşqçisi Didye Deşam isə ardıcıl iki dəfə bu titula sahib çıxan ikinci mütəxəssis olmağı hədəfləyir. 1934 və 1938-ci illərdə Vittorio Pottso İtaliya millisi ilə buna müvəffəq olub.

18 dekabr

19:00 Argentina – Fransa 3:3

Qollar: Lionel Messi, 22(p), 108, Anxel Di Mariya, 36 - Kilian Mbappe, 80 (p), 82, 116 (p)

Penallar: 4:2
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Digər Xəbərlər
Xəbər Lenti