Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-də 3-cü yer uğrunda görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, o, ən yaxşı 4 komanda arasında olduqları üçün qürur duyduğunu deyib:
"Ardıcıl ikinci matçda məğlub olmaq çox məyusedicidir, lakin oyunçular əllərindən gələni etdilər. Fiziki cəhətdən çox çətin idi.
Komandanın yarımfinaldan sonra özünə gəlməyə praktiki olaraq vaxtı yox idi. Azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik.
Bu dünya çempionatından dərs çıxaracağıq. Hələ də xoşbəxtik, çünki bu turnirdə 4-cü olduq.
Xorvatiya bürünc medalı haqq etdi. Onları təbrik edirəm. Biz nəticə çıxaracağıq və daha da güclü qayıdacağıq".