Qətərdə keçirilən dünya çempionatında bu gün 3-cü yer uğrunda oyun keçiriləcək.
Sportinfo.az xəbər verir ki, bürünc medal görüşündə Xorvatiya və Mərakeş üz-üzə gələcəklər.
"Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İki kollektiv mundialda eyni qrupda yer alıb. F qrupunu Afrika təmsilçisi 7 xalla 1-ci, avropalılar isə 5 xalla 2-ci pillədə tamamlayaraq, pley-offa adlayıb.
Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.
Xorvatiya millisi qələbə qazanacağı halda tarixində 2-ci dəfə dünya üçüncüsü olacaq. "Damalılar" ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıblar.
Mərakeş isə tarixində ilk dəfə mundialda 3-cü yer uğrunda mübarizə aparacaq.
Sünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.
17 dekabr
19:00. Xorvatiya - Mərakeş 2:1
Qollar: Yosko Qvardiol, 7, Mislav Orsiç, 42 - Əşrəf Dari, 9
Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)
"Xəlifə" stadionu
Xorvatiya: 1. Dominik Livakoviç, 20. Yosko Qvardiol, 2. Yosip Stanisiç, 24. Yosip Şutalo, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 7. Lovro Mayer, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 14. Marko Livaya, 18. Mislav Orsiç
Mərakeş: 1. Yassin Bunu, 18. Vavad el Yamiq, 2. Əşrəf Hakimi, 25. Yəhya Attiat-Allah, 20. Əşrəf Dari, 4. Sofyan Amrabat, 23. Bilal El Xannus, 7. Hakim Ziyeş, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesir