COP29

“Mən başa düşürəm ki..."

17 Dekabr 2022 18:40 Dünya çempionatı 402
“Mən başa düşürəm ki..."

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-də üçüncü yer uğrunda Xorvatiya ilə matç barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, finala çıxmaq istədiklərini deyib:

“Mən başa düşürəm ki, turniri dördüncü yox, üçüncü bitirmək vacibdir. Biz finala çıxa bilmədik.

İstəyərdim ki, şənbə günü yox, məhz bazar günü final matçında mübarizə aparaq. Futbolçularıma DÇ-2022-də 7-ci oyunumuzu keçirəcəyimizi demişəm.

Siz əvvəlki illər mərakeşli azarkeşlərdən hansısa birinə dünya çempionatında yeddinci oyunumuzu keçirəcəyimizi desəydiz, onlar sadəcə fəxr edərdilər.

İndi biz bir ay ərzində altı oyun oynamışıq. Bu, əla nəticədir. Eyni zamanda, təcrübə qazanmaq baxımından da çox yaxşıdır”.

Mərakeş millisi DÇ-2022-nin yarımfinalında Fransaya uduzaraq (0:2), finala çıxa bilməyib. Onlar üçüncü yer uğrunda bu gün Xorvatiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti