Qətərdə keçirilən dünya çempionatının final oyununu 50 min argentinalı azarkeş izləyəcək.
Sportinfo.az xəbər verir ki, “Lusail” stadionunda Fransa ilə Argentina arasında baş tutacaq DÇ-2022-nin həlledici qarşılaşmasında cənubi amerikalılar çoxluq təşkil edəcəklər.
88 969 min tamaşaçı tutumuna malik arenada son dünya çempionu Fransa yığmasını cəmi 6000 fanat dəstəkləyəcək.
Dekabrın 18-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.