COP29

"Məni təəccübləndirmir"

17 Dekabr 2022 10:20 Dünya çempionatı 334
"Məni təəccübləndirmir"

Xorvatiya yığmasının hücumçusu Andrey Kramariç Mərakeş milli komandası barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, Afrika təmsilçisinin DÇ-2022-nin yarımfinal mərhələsində iştirakının ədalətli olduğunu deyib:

“Mərakeş yığmasının nəticələri məni təəccübləndirmir. Onlar yarımfinala çıxmaq üçün layiqli mübarizə apardılar.

Qrup mərhələsində ilk oyunumuzdan sonra artıq deyə bilərik ki, onların yaxşı komandası var. Yaxşı təşkilatlanan, peşəkar müdafiə olunan istedadlı futbolçulara sahib komandadır”.

Mərakeş DÇ-2022-nin yarımfinalında Fransaya uduzaraq (0:2), finala çıxa bilməyib. Onlar üçüncü yer uğrunda görüşdə Xorvatiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti