COP29

Dünya çempionatının ən yaxşı 10 oyunçusu kimdir? - SİYAHI

17 Dekabr 2022 10:00 Dünya çempionatı 656
Dünya çempionatının ən yaxşı 10 oyunçusu kimdir? - SİYAHI

Məşhur “Goal” nəşri yekunlaşmaqda olan dünya çempionatının ən yaxşı 10 oyunçusunun adını təqdim edib.

Sportinfo.az xəbər verir ki, nəşr Argentina yığmasının hücumçusu Lionel Messini dünya çempionatının ən yaxşı hesab edir,

ikinci və üçüncü pillələrdə Fransa yığmasının hücumçuları Kilian Mbappe və Antuan Qrizmann qərarlaşıb.

“İlk beşliy”i Mərakeş millisinin futbolçuları - Sofyan Amrabat və Əşrəf Həkimi qapayır.

Siyahıda növbəti “beşliy”ə daxil olan futbolçular:

Nikolas Otamendi (Argentina), Xulian Alvares (Argentina), Olivye Jiru (Fransa), Bruno Fernandes (Portuqaliya), Rişarlison (Braziliya).

Qətərdə keçirilən dünya çempionatının finalçıları Argentina və Fransa millisidir.

Qızıl medallar uğrunda keçiləcək görüş dekabrın 18-i, Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti