COP29

“Bu, böyük məsələdir, qazansaq, bizim üçün əla olacaq”

17 Dekabr 2022 01:30 Dünya çempionatı 335
“Bu, böyük məsələdir, qazansaq, bizim üçün əla olacaq”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-də 3-cü yer uğrunda oyundan gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o deyib:

“Şənbə günü keçiriləcək görüş bizim üçün kiçik deyil, böyük finaldır. Üçüncü yer, medal uğrunda mübarizədir.

Biz hər cəhətdən hazırlaşmalıyıq, Bu, böyük məsələdir, bürünc medal qazansaq, əla olacaq.

Futbolçularla bağlı problemimiz var, Qvardiola iynə vurulub, ayağı zədələndiyi üçün iki gün məşq etməyib.

Bu, bizim üçün böyük oyundur, bizə hazır oyunçular lazımdır. Dünya çempionatında üçüncü və ya dördüncü olanda fərq var. Qalib gəlmək üçün hər şeyi edəcəyik”.

Xorvatiya 3-cü yer uğruna oyunda Mərakeşlə qarşılaşacaq. Dekabrın 17-də keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti