COP29

Fransalı müdafiəçi açıq danışdı: "Messidən qorxmuruq"

16 Dekabr 2022 10:20 Dünya çempionatı 338
Fransalı müdafiəçi açıq danışdı:

Fransa millisinin futbolçusu Teo Hernandes DÇ-2022-nin finalında Argentinaya qarşı keçirəcəkləri oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi rəqib komandanın kapitanı Lionel Messidən çəkinmədiklərini deyib:

"Final haqqında düşünməliyik. Matça qədər tam hazır olmalıyıq. Messidən qorxmuruq. Amma Argentinanın inanılmaz heyəti var. Hazırlaşmaq üçün bir neçə günümüz qalıb".

Dekabrın 18-də keçiriləcək Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti