COP29

Altıncı komanda - Mundiallarda ardıcıl 2 dəfə finala çıxan

16 Dekabr 2022 03:30 Dünya çempionatı 423
Altıncı komanda - Mundiallarda ardıcıl 2 dəfə finala çıxan

Fransa millisi dünya çempionatlarnda ardıcıl 2 dəfə finala çıxan 6-cı yığmadır.

Sportinfo.az xəbər verir ki, "xoruzlar" buna Qətərdə keçirilən mundialın yarımfinalında Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək nail olub.

Didye Deşamın rəhbərlik etdiyi kollektiv DÇ-2018-də də həlledici görüşə vəsiqə qazanıb.

Daha əvvəl isə İtaliya (1934, 1938), Braziliya (1958, 1968; 1994, 1998, 2002), Niderland (1974, 1978), Almaniya (1982, 1986, 1990) və Argentina seçmələri ardıcıl 2 dəfə bu uğura imza atıblar.

Fransa millisi finalda Argentina ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti