COP29

“Həmin oyundan sonra ağladım” - Məşhur hücumçudan etiraf

15 Dekabr 2022 18:40 Dünya çempionatı 389
“Həmin oyundan sonra ağladım” - Məşhur hücumçudan etiraf

Fransalı hücumçu Antuan Qrizmann DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub etdikləri matç barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, final oyunu barədə də fikir bildirib:

“Belçika ilə oyundan sonra ağladım (DÇ-2018, yarımfinal). İndi diqqətimi finala cəmləşdirirəm.

Yalnız bazar günü keçiriləcək matçı düşünürəm. Biz bir araya gəlməli, daha da yaxşı mübarizə aparmalı və bazar günü keçiriləcək final görüşünə hazırlaşmalıyıq”.

Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici mərhələyə çıxa bilib.

Onların rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti