İngiltərə millisinin keçmiş kapitanı Con Terri Fransanın DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub etməsi haqda fikir bildirib.
Sportinfo.az xəbər verir ki, o, Afrika təmsilçisinin daha yaxşı çıxış etdiyini deyib:
“Fransa qalib gəlməyin yolunu tapdı. Heyətdə olan oyunçuları nəzərə alsaq, onlardan daha çox şey gözləyirdim.
Fikrimcə, Mərakeş 90 dəqiqə daha yaxşı çıxış etdi”.
Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici mərhələyə çıxa bilib. Onların rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.
Üçüncü yer uğrunda görüşdə Mərakeş dekabrın 17-də Xorvatiya millisi ilə qarşılaşacaq.