COP29

"Mənim üçün narahat olan oğlum və həyat yoldaşım haqda düşündüm”

15 Dekabr 2022 10:00 Dünya çempionatı 366
"Mənim üçün narahat olan oğlum və həyat yoldaşım haqda düşündüm”

Argentina millisinin müdafiəçisi Kristian Romero DÇ-2022-nin yarımfinal matçında Xorvatiyanı məğlub etdikdən sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, ilk məqsədlərinə çatdıqlarını deyib:

“Biz ilk məqsədimizə nail olduq. Güclü olduğumuzu göstərdik. Final oyununda meydanda var gücümüzlə çalışacağıq.

Final fitindən sonra hər matçda mənim üçün narahat olan oğlum və həyat yoldaşım haqda düşündüm”.

Argentina DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb.

Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti