COP29

Belə olay birinci dəfədir - Dünya çempionatlarında

15 Dekabr 2022 03:40 Dünya çempionatı 724
Belə olay birinci dəfədir - Dünya çempionatlarında

Fransa dünya çempionatlarında yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, Qətərdə keçirilən mundialın yarımfinalında Mərakeşi 2:0 hesabı ilə məğlub edən "xoruzlar" son 7 yarışda 4-cü dəfə həlledici oyuna vəsiqə qazanıb. B

u isə istənilən ölkə yığmasının göstəricisindən 2 dəfə çoxdur.

Didye Deşamın rəhbərlik etdiyi kollektiv daha əvvəl 1998, 2006 və 2018-ci il mundiallarının finalında oynamaq imkanı əldə edib. Fransızlar bunların ikisində (1998, 2018) dünya çempionu olmağı bacarıb.

Fransa DÇ-2022-nin həlledici matçında Argentina ilə üz-üzə gələcək. Qarşılaşma dekabrın 18-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti