Teo Ernandes 1958-ci ildən bəri dünya çempionatlarının ən erkən qolunu vurub.
Sportinfo.az xəbər verir ki, Mərakeşlə hazırda davam edən matçda hesabı açan fransalı müdafiəçi 04:39 göstərici ilə birinci olub.
Mundialların yarımfinallarında ən erkən qolun müəllifi braziliyalı Vavadır. O, DÇ-58-də məhz Fransa yığması ilə matçda fərqlənmişdi.
Ernandes millidə 12-ci matçında 2-ci qolunu vurdu ki, bu, həm də mərakeşlilərin Qətərdə buraxdığı ilk rəqib topudur. Kanada ilə matçda avtoqola üzülən Afrika təmsilçisi ilk dəfə rəqibin vurduğu qola məyus olub.