COP29

“Qarşıda daha bir addım var, həzz almağa dəyər - Narahat olmamağa çalışıram”

15 Dekabr 2022 00:20 Dünya çempionatı 409
“Qarşıda daha bir addım var, həzz almağa dəyər - Narahat olmamağa çalışıram”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin yarımfinalında Xorvatiyaya qalib gələrək (3:0) finala yüksəlmələrini şərh edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis çox sevincli olduqlarını deyib:

“Biz indi qələbəni, finala adlamağı qeyd edirik. Çünki bu, çox həyəcanlıdır. Amma qarşıda daha bir addım var.

Bu andan həzz almaq olar. Amma sonra nə olacağını da düşünməliyik. Narahat olmamağa çalışıram. Mən hər hansı bir argentinalının xəyal etdiyi yerdəyəm.

Səudiyyə Ərəbistanına uduzduğumuz zaman xalq bizimlə idi. Bu, müqayisə olunmazdır. Biz hamımız ortaq bir məqsəd üçün çalışırıq, hamımız millinin pərəstişkarıyıq”.

Argentina finalda bu gün keçiriləcək Fransa - Mərakeş matçının qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti