"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Qətərə yola düşüb.
O, bu gün DÇ-2022-nin yarımfinal mərhələsində baş tutacaq Mərakeş - Fransa qarşılaşmasını stadiondan izləyəcək.
31 yaşlı vinger Fransada dünyaya gəlsə də əslən Mərakeşdəndir.
Bu gün 23:00-da başlayacaq qarşılaşmada qalib gələn tərəf finalda Argentina yığması ilə üz-üzə gələcək.
XANOĞLAN / SPORTİNFO.AZ