COP29

“Bilirəm, favorit deyilik, özümüzə arxayınıq - Ümid edirəm, bizə hörmət etməz”

14 Dekabr 2022 15:40 Dünya çempionatı 315
“Bilirəm, favorit deyilik, özümüzə arxayınıq - Ümid edirəm, bizə hörmət etməz”

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin yarımfinalında qarşılaşacaqları Fransa ilə matçdan öncə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis açıqlamasında arzularına yaxınlaşdıqlarını qeyd edib:

“İnsanlar oynadığımız matçlardan sonra yorulduğumuzu düşünməyə başladılar. Dünya çempionatının yarımfinalındasınızsa, yorulmaq olmaz.

Biz hələ də daha çox şey əldə etməyə can atırıq. Bir çox güclü komandaları məğlub etdik.

Hər matçdan əvvəl insanlar bizi mübarizədən kənarlaşdıracaqlarını düşünürdülər, amma biz hələ də buradayıq. Arzularımıza yaxınlaşırıq və ora çatmaq üçün mübarizə aparacağıq”.

“Biz uğura acıq. Bilmirəm, kifayət edərmi, amma biz Afrikanın dünyanın zirvəsində olmasını istəyirik. Bilirəm ki, biz favorit deyilik, amma özümüzə arxayınıq.

Bunun dəlicəsinə olduğunu düşünə bilərsiniz, amma bir az dəlilik yaxşıdır. Dünya kubokunu qazanmaq şansımız turnir başlamazdan əvvəl 1 faiz idi. İndi 12 faizdir, çalışacağıq ki, bu faizi daha da artıraq” – Reqraqi əlavə edib.

Reqraqi onu da bildirib ki, finala çıxmaq üçün hər şeyə hazırdırlar:

“Fransa ilə matçda bizim qeyri-adi enerjimiz olacaq. Yorulmuruq, oyunda qaçacağıq. Biz qitəmizin mentalitetini dəyişməyə gəlmişik.

Yarımfinalın kifayət qədər olduğunu desək, bu fikirlə razı deyiləm. Finalda olmaq istəyirik. Ümid edirəm ki, Fransa bizə hörmət etməz, çünki bu, onlar üçün çətin olacaq”.

Mərakeş - Fransa matçı bu gün saat 23:00-da start götürəcək. Qarşılaşmanı 20 min mərakeşli azarkeş izləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti