COP29

"Möhtəşəm matçda qələbə qazanmaq üçün yenidən güc tapdıq" - FOTO

14 Dekabr 2022 15:20 Dünya çempionatı 431
"Möhtəşəm matçda qələbə qazanmaq üçün yenidən güc tapdıq" - FOTO

Argentina milli komandası DÇ-2022-nin yarımfinalında Xorvatiyanı məğlub edərək, finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Argentina yığmasının kapitanı Lionel Messi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. PSJ-nin futbolçusu qələbədən sonra aşağıdakı sözləri yazıb:

“Finala doğru irəli! Möhtəşəm matçda qələbə qazanmaq üçün yenidən güc tapdıq. Komandamıza inanan hər kəsə təşəkkür edirik! İrəli, Argentina!”

Argentina millisi DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb.

Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.

 Komanda.az
Digər Xəbərlər
Xəbər Lenti