COP29

“Son şansımızdır, daha 40 il gözləmək istəmirik, çox qaçacağıq”

14 Dekabr 2022 10:00 Dünya çempionatı 415
“Son şansımızdır, daha 40 il gözləmək istəmirik, çox qaçacağıq”

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi Qətərdə təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Fransa yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz finala çıxmaq və qalib gəlmək istəyirik. Bu məqsəd üçün hər şeyə hazırıq. Sabah da inanılmaz enerji ilə oynayacağıq.

Yarımfinala vəsiqə qazanmaqla kifayətlənmək fikrində deyilik. Bu, bəlkə də dünya çempionu olmaq üçün yeganə şansdır.

Biz yorulmamışıq. Çox qaçacağıq. Ümid edirəm ki, Fransa yığması bizə hörmət etməyəcək. Belə olmasa, işimiz çətinləşəcək”.

Reqraqi “Əl-Bayt” stadionunda keçiriləcək oyunda tribunalarda 20 min mərakeşlinin olacağını söyləyib: “Buna görə sabah evimizdə oynayacağımızı deyə bilərəm. Bu da bizi çox sevindirir”.

Digər Xəbərlər
Xəbər Lenti