COP29

"Onları layiq olmayan qələbə münasibətilə təbrik edirəm"

14 Dekabr 2022 03:30 Dünya çempionatı 1 033
"Onları layiq olmayan qələbə münasibətilə təbrik edirəm"

“İlk yarım saat ərzində biz ən yaxşı komanda idik və oyuna nəzarət edirdik.

Sonra bir penalti təyin edildi. Yumşaq desəm, mübahisəli idi".

Sportinfo.az xəbər verir ki, bunu Xorvatiya yığmasının müdafiəçisi Borna Sosa deyib.

O, Qətərdə keçirilən dünya çempionatında Argentinaya yarımfinalda məğlubiyyəti (0:3) şərh edib və rəqibin qələbəyə layiq olmadığını bildirib:

"2 qol buraxdıq və bundan sonra oynamaq çətin idi. Argentinanı layiq olmayan qələbə münasibətilə təbrik edirəm.

Finala çox yaxın olduğunuz üçün yarımfinalda məğlub olmaq ağırdır. Bu gün hələ nəfəs alıb bir az dincələ bilərik.

Amma sabahdan növbəti matça hazırlaşacağıq. Biz Zaqrebə xoşbəxt qayıtmağa çalışacağıq”.

Xorvatiya üçüncülük uğrunda maçtda Fransa – Mərakeş cütünün məğlubu ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti