COP29

Ən çox yetirməsi dünya çempionatına qatılan klublar

14 Dekabr 2022 03:10 Dünya çempionatı 431
Ən çox yetirməsi dünya çempionatına qatılan klublar

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Qətərdə keçirilən dünya çempionatına ən çox yetirməsi yollanan klubların adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, araşdırma zamanı futbolçuların 15 yaşdan 21 yaşadək müddətdə ən azı üç il eyni komandada oynamaları nəzərə alınıb.

Siyahıya Niderland təmsilçisi “Ayaks” başçılıq edir. Amsterdamlıların akademiyasından üzə çıxan 11 oyunçu DÇ-2022-də 5 müxtəlif milli komandanın şərəfini qoruyub.

“Deportivo Saprissa” (Kosta-Rika) və “Əl-Sədd” (Qətər) müvafiq olaraq 10 və 9 yetirmə ilə ilk “üçlüy”ün digər sakinləridir. Lakin həmin futbolçuların heç birinin yığması pley-off mərhələsinə yüksələ bilməyib.

Ən çox yetirməsi qrup mərhələsindən sonra da mübarizəni davam etdirən 3 klub “Ayaks”la yanaşı, “Dinamo” (Xorvatiya) və “Sportinq”dir (Portuqaliya) – hərəyə 8 oyunçu ilə.

İngiltərə təmsilçisi “Mançester Siti”nin kəşfləri mundialda 6 müxtəlif yığmanın formasını geyinib ki, bu, ən yüksək göstəricidir.

Digər Xəbərlər
Xəbər Lenti