COP29

Messi Xorvatiyanı bu cür "yıxdı" – QƏTƏRDƏN VİDEO

14 Dekabr 2022 01:00 Dünya çempionatı 427
Messi Xorvatiyanı bu cür "yıxdı" – QƏTƏRDƏN VİDEO

Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.

Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstnülüyü ilə yekunlaşıb.

İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.

Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq. Turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti