COP29

"Onlara baxıram, bizdən daha yaxşısını görmürəm"

13 Dekabr 2022 15:20 Dünya çempionatı 674
"Onlara baxıram, bizdən daha yaxşısını görmürəm"

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike DÇ-2022-nin yarımfinalçıları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “Marca”ya danışan 52 yaşlı mütəxəssis 4 komandanın heç birinin İspaniyadan güclü olmadığını bildirib:

"Futbol elə bir idman növüdür ki, komanda hücum etməsə də, qalib gələ bilir. Amma bu, Mərakeşə aid deyil.

Bu komandanın bizimlə matçda qol imkanları var idi. Gənc komandamızın dünya çempionatına hazırlaşması üçün dörd il vaxtı var idi və məncə, biz çox yaxşı fürsəti əldən verdik.

Yarımfinalçılara baxıram, bizdən daha yaxşısını görmürəm. Yaponiya ilə 12 dəqiqə istisna olmaqla, ümumilikdə, yaxşı futbol oynadıq. Amma Mərakeşlə matçda problem yaşadıq".

İspaniya millisi 1/4 finalda Mərakeşə penaltilər seriyasında məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti