Qətərdə keçirilən dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topu təqdim edilib.
Sportinfo.az xəbər verir ki, top “Al Hilm” – ərəb dilindən tərcümədə “Arzu” adlanır.
DÇ-2022-nin yarımfinal matçları dekabrın 13-də və 14-də, final oyunu isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.
Həlledici oyun “Lusail” stadionunda keçiriləcək.