COP29

"Düzünü desəm, ona yazığım gəlir - Çox yaxşı tanıyıram və hörmət edirəm"

11 Dekabr 2022 18:20 Dünya çempionatı 579
"Düzünü desəm, ona yazığım gəlir - Çox yaxşı tanıyıram və hörmət edirəm"

Fransa millisinin qapıçısı Uqo Lloris DÇ-2022-nin 1/4 finalının İngiltərə ilə matçından sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, “Tottenhem” klubundakı komanda yoldaşı Harri Keynin DÇ-2022-ni tərk etdiyi üçün üzüldüyünü bildirib:

“Yarımfinala yüksəldiyimiz üçün çox şadam. Düzünü desəm, Harri Keynə yazığım gəlir.

Mən onu çox yaxşı tanıyıram və hörmət edirəm. Komanda yoldaşının dünya çempionatını tərk etdikdən sonra üzüldüyünü görmək çətindir”.

Fransa millisi DÇ-2022-nin 1/4 final mərhələsində İngiltərəni məğlub edərək (2:1), yarımfinala vəsiqə qazanıb. Onların rəqibi Mərakeş kollektivi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti