Niderland millisinin kapitanı Vircil van Dayk DÇ-2022-nin 1/4 finalının Argentina ilə matçını şərh edib.
Sportinfo.az xəbər verir ki, o, penaltilər seriyası zamanı zərbəsinin qola çevrilməməsindən də danışıb:
“Çox ağırdır. Ən çox da bizim üçün dönüş nöqtəsinə çevrilən bir oyun olduğuna görə üzgünəm.
Penalti zərbəm güclü idi, bəlkə, daha da güclü ola bilərdi. Çox təəssüf ki, futbolda belə şeylər olur”.
O, nəticədən dolayı məyusluğunu dilə gətirib:
“Hazırkı heyətlə daha da irəliyə gedəcəyimizə əmin idik. Təəssüf ki, alınmadı. Kədər və məyusluq içində boğuluram”.
Niderland DÇ-2022-nin 1/4 final mərhələsində Argentinaya məğlub olaraq (penaltilər – 3:4), turnirlə vidalaşıb.