Bu gün hansı oyunlar var? - Dünya çempionatında

22 Noyabr 2022 03:50 Dünya çempionatı 1 504
Bu gün hansı oyunlar var? - Dünya çempionatında

Qətərdə keçirilən dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, C və D qruplarında oyunlar baş tutacaq.

Günün ilk matçında C qrupunda mundialın favoritlərindən Argentina Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti 14:00-da veriləcək.

D qrupunda isə Danimarka Tunislə münasibətləri aydınlaşdıracaq. Bu oyun saat 17:00-da başlayacaq.

C qrupunun ikinci qarşılaşmasında Meksika və Polşa oynayacaq. Bu matç 20:00-da start götürəcək.

Günə isə son dünya çempionu Fransa ilə Avstraliya arasındakı matçla yekun vurulacaq. Bu görüş 23:00-dan etibarən oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!